Mərdəkanda güllə atıcılığı üzrə “Mahir nişançı” turniri təşkil olundu

Mərdəkanda güllə atıcılığı üzrə “Mahir nişançı” turniri təşkil olundu

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində güllə atıcılığı üzrə "Mahir nişançı” turniri keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan turnirdə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər. 
Yarışda tərkibi 5 nəfərdən ibarət olmaqla 20 komanda mübarizə aparıb.
Qalib komandalara diplomlar və xatirə hədiyyələri təqdim olunub.