Qvatemala tarixində ilk Olimpiya çempionu

Qvatemala tarixində ilk Olimpiya çempionu

Qvatemalalı idmançı Adriana Ruano Oliva Paris-2024 Yay Olimpiya Oyunlarında səngər atıcılığı üzrə qızıl medala sahib çıxıb. O, eyni zamanda 45 xal toplayaraq Olimpiya rekordunu müəyyənləşdirib.

Gümüş medalı italiyalı Mariya Stanko (40 xal), bürünc medalı isə avstraliyalı Penni Smit (32) əldə edib.

Adriana Ruano Oliva bu naticə ilə Qvatemalada ilk Olimpiya çempionu kimi tarixə düşüb. Buna qədər kişilərin yarışında onun həmyerlisi Jan-Pyer Broll bürünc medal qazanıb.