Qadınlardan ibarət 3x3 basketbol millimiz Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib. Komandamız qrup mərhələsinin sonuncu qarşılaşmasında Kanada millisi ilə üz-üzə gəlib. Görüş rəqib komandanın 19:21 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, komandamızın hələ də Pley-inə vəsiqə qazanmaq üçün şansı var. Bunun üçün ABŞ komandası Çin millisinə qalib gəlməlidir. 
Qeyd edək ki, yığmamız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 və Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ (20:17) və Çinə (21:19) isə qalib gəlib.
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        