Kişilərdən ibarət 3x3 basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır

Kişilərdən ibarət 3x3 basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.

Yığma komandamız C qrupundakı ilk matçında Niderlandla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaq. Görüş saat 19:15-ə təyin olunub.

1/4 final matçları sabah baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın qadınlardan ibarət yığması İspaniya (12:20) və Avstriyaya (7:21) uduzub.