Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Bu gün Azərbaycan yığmaları olimpiada çərçivəsində növbəti oyunlarını keçirəcək.
Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv II turda Finlandiya ilə üz-üzə gələcək.
Kapitanı Mixail Şereşevski olan qadın yığması isə Avstraliya kollektivi ilə qarşılaşacaq.
Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk turda İordaniyanı 3,5:0,5, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraquanı 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.