Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Olimpiadanın sonuncu - doqquzuncu turunda kişilərdən ibarət millimiz Braziliya komandası ilə qarşılaşıb. Yığmamız son turda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra 16 xal toplayan seçməmiz yarışı 8-ci sırada başa vurub. Komandamız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb. Yarışın qalibi isə Hindistan komandası olub.
Qadın şahmatçılarımız isə sonuncu turda yarışın favoriti Hindistanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb -0,5:3,5.
Bu nəticələrin ardından 15 xal toplayan seçməmiz yarışı 15-ci sırada başa vurub. Komandamıza qalib gələn Hindistan 45-ci Ümumdünya Şahmat Olimpiadasını ilk sırada bitirib.
Qeyd edək ki, qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə uduzub - 1:3.