Polşalı şahmatçı Yan Kşiştof Duda ilk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, buna 2808 FIDE reytinqinə malik zəka sahibinin səhhətində yaranan problem səbəb olub.
Qeyd edək ki, turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.