Maraqla gözlənilən döyüşün vaxtı açıqlandı

Maraqla gözlənilən döyüşün vaxtı açıqlandı

Keçmiş "Ultimate Fighting Championship" (UFC, Mütləq Döyüş Çempionatı) çempionları rusiyalı döyüşçü Pyotr Yan və braziliyalı Deyvison Fiqeyredu arasında keçiriləcək döyüşün vaxtı dəqiqləşib. Maraqla gözlənilən döyüş noyabrın 23-də Makaoda (Çin) "UFC Fight Night" 248-də təşkil olunacaq. 

Qeyd edək ki, 32 yaşlı Pyotr Yan UFC-də 2018-ci ildə debüt edib. O, 2020-ci ilin iyulunda ağır çəki dərəcəsində (61 kq-a qədər) çempionluq titulunu qazanıb.

Deyvison Fiqeyredu isə 2017-ci ildən UFC-də yarışır. 36 yaşlı braziliyalı döyüşçü iki dəfə təşkilatın yüngül çəki üzrə çempionu olub.