2012-ci il Azərbaycan boksu üçün yaddaqalan il olub
13:54 27.02.2013
17544
2012-ci ildə əldə olunan nailiyyətlər ölkəmizin idman tarixində özünməxsus iz buraxdı. Məlum olduğu kimi, ötən il Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuşdu. 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunları isə ötən ilin ən yaddaqalan idman hadisələrindən biri oldu. Sevindirici haldır ki, "İdman ili"ndə idmançılarımız beynəlxalq arenalarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyaraq, möhtəşəm uğurlara imza atdılar. İlin idman yarışı olan London Olimpiya Oyunlarında təmsilçilərimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc medal) əldə etdilər. Bu medallardan ikisi boksçularımızın payına düşdü. Dəri əlcək ustalarımız Teymur Məmmədov (74 kq) və Məhəmmədrəsul Məcidov ( 91 kq) bürünc medala layiq görüldülər. Onu da deyək ki, boksçumuz Teymur Məmmədov hakim ədalətsizliyi ilə üzləşməsə idi, daha yüksək yeri tuta bilərdi. Olimpiya oyunlarında əldə olunan bu nəticə 2012-ci ilin Azərbaycan boksu üçün uğurlu il olduğunu deməyə əsas verir.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ötən ili Azərbaycan boksu üçün uğurlu il hesab edir. Onun sözlərinə görə, ötən ilin əsas uğuru Azərbaycan boksçularının Londonda əldə etdikləri nailiyyətdir. "London-2012 Olimpiya Oyunlarında Azərbaycan 8 boksçu ilə təmsil olunurdu. Boksçularımız bu yarışlarda onlara göstərilən təzyiqlərə baxmayaraq, 2 bürünc medal əldə etdilər.