Federasiya Kubokunun qalibləri müəyyənləşib 

Federasiya Kubokunun qalibləri müəyyənləşib 

Güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bəlli olub.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qurumun təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dörd gün davam edən yarışda müxtəlif bölgələrdən olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı pnevmatik tapança, tüfəng və kiçikçaplı tapançadan atəş üzrə həm fərdi, həm də qarışıq komanda şəklində mübarizə aparıblar.

Qaliblər diplom və medallarla təltif olunublar.