Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
İlk yarış günündə Azərbaycanın 11 idmançısı xalça üzərinə çıxıb. Onlardan yalnız Hüseyn Hüseynov (55 kq) finala vəsiqə qazanıb.
Ramal Hüseynov (51 kq), Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.