Basketbol Liqasında XIII tura start verilir 

Basketbol Liqasında XIII tura start verilir 

Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura start veriləcək. Turun ilk oyun günündə A qrupunda iki oyun təşkil olunacaq. "Sərhədçi" komandası "Naxçıvan"la, "Abşeron" isə "Sabah" klubu ilə qarşılaşacaq. Hər iki oyun saat 19:00-da başlayacaq. Oyunlar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzində və Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək. 

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.