Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Yığma komandamız səfərdə Kosovo seçməsinin qonağı olacaq. Priştina şəhərində yerləşən Gənclər və İdman Sarayında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi qrupda 5 xalla 3-cü, eyni xala malik Kosovo isə 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiya komandasına qarşı keçirəcək.