Bu gün Azərbaycan Basketbol Liqasında XV turun daha iki oyunu keçiriləcək. Hər iki qarşılaşma B qrupunun komandaları arasımda olacaq.
“Ordu” klubu “Sərhədçi” İdman Mərkəzində “Quba” klubu ilə qarşılaşacaq. “Ordu” qrupda 24 xalla ikinci, "Quba" isə 18 xalla beşincidir.
Turun digər qarşılaşmasında “Sumqayıt” klubu doğma meydanda “Gəncə” ilə üz-üzə gələcək. Oyun Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. “Gəncə” 24 xalla B qrupuna başçılıq edir. Aktivində 19 xalı olan "Sumqayıt" isə 4-cüdür. Hər iki görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura ötən gün keçirilən “Neftçi” - “Abşeron” oyunu ilə start verilib. Qarşılaşma "Neftçi" klubunun 80:56 hesablı qələbəsi ilə başa çatıb.