22 yaşlı basketbolçu NBA tarixinə düşdü 

22 yaşlı basketbolçu NBA tarixinə düşdü 

ABŞ-nin "Çikaqo" klubunun basketbolçusu Coş Qiddi Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb. Belə ki, 22 yaşlı idmançı "Los-Anceles Klippers"ə uduzduqları (117:122) matçda əfsanəvi Maykl Cordan və Klem Haskinsin rekordunu təkrarlayıb. Görüşdə dabl-dablla (21 xal, 12 assist) yadda qalan avstraliyalı basketbolçu ardıcıl dördüncü qarşılaşmada 20-dən çox xal toplayıb və dabl-dabl edib.

Qeyd edək ki, "Çikaqo" tarixində buna daha əvvəl Maykl Cordan və Klem Haskins nail olub.