Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib. Turun son oyun günün ilk qarşılaşmasında B qrupunun təmsilçiləri meydana çıxıb. Şəki Olimpiya İdman Kompleksində "Şəki" komandası "Ordu"nu qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -89:74. Qıləbə sayəsində xallarının sayını 28-ə çatdıran "Şəki" birinci pillədə qərarlaşıb. "Ordu" 27 xalla ikincidir.
Tura bu gün keçiriləcək "Quba" - "Gəncə" oyunu ilə yekun vurulacaq.