Azərbaycan Basketbol Liqasında XVI turun oyunlarına yekun vurulub. Günün və turun son oyununda B qrupunun təmsilçiləri - "Gəncə" və "Quba" komandaları üz-üzə gəlib.
"Sərədçi" İdman Mərkəzində keçirilən oyun "Gəncə" klubunun qələbəsi ilə yekunlaşıb -91:83. Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Gəncə" klubu "Şəki"ni qabaqlayaraq yenidən B qrupunda liderliyə yüksəlib. "Quba" 20 xalla 5-cidir.
Xatırladaq ki, günün ilk matçında "Şəki" klubu "Ordu"a - 89:74 hesabı ilə qalib gəlib.