Basketbol Liqası: "Şəki" basketbolçularından əzmkar qələbə

Basketbol Liqası: "Şəki" basketbolçularından əzmkar qələbə

Azərbaycan Basketbol Liqasının XVII turunda daha bir oyun keçirilib.

B qrupunda “Quba” “Şəki” klubu ilə qarşılaşıb. "Sərhədçi” İdman Mərkəzində keçirilən oyun “Şəki” komandasının 66:63 hesablı qələbəsi ilə yadda qalıb. 

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD - "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77 hesabı ilə məğlub edib.