Azərbaycan Basketbol Liqasının XVII turun daha bir oyunu keçirilib. “Sabah” klubu “Sərhədçi” İdman Mərkəzində “Neftçi” ilə qrşılaşıb. A qrupunun qarşılaşması Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 105:77 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun ötən gün keçirilən NTD - "Naxçıvan" matçı birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.