Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in oyunçusu Lebron Ceyms qazandığı qələbələrin sayına görə turnir tarixində üçüncü pilləyə yüksəlib.
O, bunu komandasının "Nyu York"aqarşı keçirdiyi matçda (113:109) reallaşdırıb.
L.Ceyms bu göstəricidə "San Antonio"nun əfsanəsi Tim Dankanı geridə qoyub. Basketbolçunun hesabında hazırda 1002 qələbə var.
Kərim Abdul Cabbarın (1074) liderlik etdiyi siyahıda ikinci pillədə Robert Periş (1014) qərarlaşıb.
Qeyd edək ki, L.Ceyms bu mövsüm NBA-da 57 oyunda iştirak edib, orta hesabla 25,1 xal, 8,1 ribaund və 8,5 assistlə yadda qalıb.