Azərbaycan Basketbol Liqasında XVII tur başlayır 

Azərbaycan Basketbol Liqasında XVII tur başlayır 

Azərbaycan Basketbol LiqasındaXVII tura bu gün bir oyunla start veriləcək.

A qrupunda NTD "Naxçıvan"la üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

Hazırda "Naxçıvan" qrupda 27 xalla ikincidir. Sonuncu - altıncı pillədə qərarlaşanNTD-nin isə 21 xalı var.

Qeyd edək ki, turun digər görüşləri martın 8-də və 9-da keçiriləcək.