Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.
Günün son qarşılaşmasında "Sumqayıt" "Ordu" ilə qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin 122:116 hesablı qələbəsi ilə başa çatıb.
Bu gün keçirilmiş ilk oyunda "Gəncə" "Lənkəran"ı məğlub edib - 90:76.
Qeyd edək ki, turun əvvəlki görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabları ilə üstələyib.