Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunlarına satrt veriləcək.
İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu Bakı İdman Sarayında “Şəki” və NTD komandaları arasında olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Günün ikinci oyununda “Naxçıvan” və “Abşeron” komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah keçiriləcək.