"Miami Heat"in 27 yaşlı ulduz basketbolçusu Bam Adebayo "Minnesota Timberwolves" ilə oyun zamanı hakimlərə qarşı nalayiq ifadələr işlətdiyinə cərimələnib. O, Liqa tərəfindən 50 min dollar cərimə ödəməli olacaq. Bu barədə məlumatı "Sports Illustrated"ə NBA-nın icraçı vitse-prezidenti Co Dumars verib.