Basketbol Liqası: "Sabah"dan inamlı qələbə

Basketbol Liqası: "Sabah"dan inamlı qələbə

Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib. A qrupu çərçivəsində təşkil olunan oyunda "Sabah" "Abşeron"la üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən oyun “Sabah”ın 99:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" isə "Ordu"nu 95:84 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.