Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək 

Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək 

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək. Yarımfinal mərhələsinin ilk matçında "Neftçi" NTD ilə qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq. Eyni gündə saat 19:00-da "Naxçıvan" və "Gəncə" komandaları qarşı-qarşıya gələcəklər. Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.

Xatırladaq ki, final oyunu martın 30-da baş tutacaq. Ötən mövsüm "Neftçi" bu prestijli titulu qazanıb.