Basketbol Liqası: müntəzəm mövsümün son turuna start verilir 

Basketbol Liqası: müntəzəm mövsümün son turuna start verilir 

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna start veriləcək.

XX turun açılış oyunu B qrupunun iştirakçıları arasında olacaq. Qrupun lideri “Şəki” komandası səfərdə “Lənkəran”la üz-üzə gələcək. 

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq oyuna saat 14:00-da start veriləcək. Hazırda “Şəki”nin aktivində 34 xal var. Meydan sahibləri isə 22 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.