Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turu start verilib.
Turun açılış oyunu Lənkəranda baş tutub. B qrupunda yer alan komandaların mübarizəsində "Lənkəran" komandası "Şəki"ni qəbul edib. Oyun qonaqların 107:78 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-off mərhələsinə vəsiqə qazanıb. "Lənkəran" isə 23 xalla sonuncudur.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.