Liderlər üz-üzə: Qrup birincisi bu gün müəyyənləşəcək

Liderlər üz-üzə: Qrup birincisi bu gün müəyyənləşəcək

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulacaq. Gərgin və maraqlı qarşılaşmalarla yadda qalan mövsümün son turunda komandalar qrup mərhələsini lider kimi başa vurmaq uğrunda mübarizə aparırlar.
Günün ilk oyununda “Sabah” klubu “Naxçıvan”la qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 12:30-da start götürəcək. A qrupunun liderləri arasında yer alan hər iki komanda hazırda 34 xalla turnir cədvəlində başçılıq edir. Bu baxımdan qarşılaşma qrup birinciliyini müəyyənləşdirə bilər.
Günün ikinci və sonuncu görüşündə isə “Gəncə” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək. Gəncə İdman Sarayında təşkil olunacaq matç saat 14:00-da başlayacaq. B qrupunda 33 xalla ikinci sırada yer alan “Gəncə” qələbə qazanacağı təqdirdə mövqeyini möhkəmləndirəcək. “Sumqayıt” isə 27 xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, XX turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Şəki” – “Lənkəran” 107:78
“Ordu” – “Quba” 97:88
“Neftçi” – “Abşeron” 85:77
“Sərhədçi” – NTD 103:77