Kaliforniyanın “Los Angeles Clippers” klubunun 28 yaşlı xorvatiyalı oyunçusu İvica Zubac NBA tarixində uğur qazanıb. O, bir matç ərzində dəyişmədən 25 xal toplayıb və 10 ribaund edən ilk oyunçu olub.
Xorvatiyalı basketbolçu bu nailiyyətə aprelin 6-da Texasın “Dallas Mavericks” komandası ilə baş tutan görüşdə nail olub. Görüş 135:104 hesabı ilə Kaliforniya klubunun xeyrinə başa çatıb.
Qeyd edək ki, “Klippers” üçün görüşün ən məhsuldar oyunçusu Ceyms Harden olub. O, 29 xal, 7 ribaund, 14 məhsuldar ötürmə edib.