Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da Gəncə İdman Sarayında “Gəncə” “Lənkəran”la, Abşeron Olimpiya Kompleksində isə “Abşeron” NTD ilə üz-üzə gələcək.
Aprelin 11-də Sumqayıt Olimpiya İdman Kompleksində “Sumqayıt” - “Sərhədçi”, Abşeron Olimpiya Kompleksində “Ordu” - “Quba” görüşləri baş tutacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Gəncə" - "Lənkəran" matçında qələbə qazanan tərəf "Şəki" ilə üz-üzə gələcək. "Ordu" - "Quba" görüşündə üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə, "Abşeron" - NTD matçının qalibi isə "Naxçıvan"la qarşılaşacaq.