Aprelin 7-8-də Bakı İdman Sarayında 3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nın ilk mərhələsinin oyunları keçirilib.
Azərbaycan Baksetbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən qarşılaşmalar maraqlı və gərgin idman mübarizəsi şəraitində baş tutub.
Mərhələnin final oyununda RİOEUGİM 2 komandası “Neftçi”yə qarşı mübarizə aparıb. Görüş RİOEUGİM 2-nin aşkar üstünlüyü ilə yekunlaşıb – 21:10. Bu nəticə ilə RİOEUGİM 2 komandası mərhələnin qalibi adını qazanıb.
Final oyununun ən dəyərli oyunçusu (MVP) kimi RİOEUGİM 2 komandasının üzvü Leyla Allahverdiyeva seçilib. Onun oyun ərzində nümayiş etdirdiyi çıxış komandasının qələbəsində mühüm rol oynayıb.
Qeyd edək ki, liqanın reqlamentinə əsasən, ümumi turnir cədvəli üzrə ilk 6 yeri tutan komandalar yarışın final mərhələsində iştirak hüququ qazanacaqlar.
“ABB Qadın Basketbol Liqası”nda ilk mərhələnin qalibi müəyyənləşdi - FOTO







