Basketbol üzrə pley-in mərhələsi: bu gün iki qarşılaşma keçiriləcək 

Basketbol üzrə pley-in mərhələsi: bu gün iki qarşılaşma keçiriləcək 

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 14:00-da Gəncə İdman Sarayında "Gəncə" komandası "Lənkəran"ı qəbul edəcək. Günün digər görüşü isə saat 19:00-da Abşeron Olimpiya İdman Kompleksində "Abeşron"la NTD komandaları arasında təşkil olunacaq. 
Pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.