Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin növbəti oyunları keçiriləcək. Gün ərzində üç maraqlı qarşılaşma baş tutacaq.
Günün ilk oyunu saat 16:00-da başlayacaq. Bu görüşdə "Abşeron" komandası NTD kollektivini Abşeron Olimpiya İdman Kompleksində qəbul edəcək.
Axşam saatlarında isə iki paralel oyun start götürəcək. Saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində yerli "Sumqayıt" klubu "Sərhədçi" ilə üz-üzə gələcək. Eyni saatda Abşeron Olimpiya İdman Kompleksində "Ordu" və "Quba" komandaları da pley-in mərhələsində güclərini sınayacaq.
Qeyd edək ki, pley-in mərhələsində iki qələbə qazanan komanda pley-off mərhələsinə yüksəlmək hüququ əldə edir.
Xatırladaq ki, ötən gün keçirilən qarşılaşmada "Gəncə" komandası "Lənkəran" üzərində 96:92 hesablı qələbə qazanıb və seriyada üstünlüyü ələ alıb.
Növbəti oyunlar isə aprelin 13-14-nə təyin olunub.