Basketbol Liqası: Pley-in mərhələsində ilk oyunlara yekun vuruldu 

Basketbol Liqası: Pley-in mərhələsində ilk oyunlara yekun vuruldu 

Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ilk oyunları başa çatıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pley-in seriyalarında ilk oyun Gəncə İdman Sarayında oynanılıb. "Gəncə" basketbolçuları oyunun sonuna 58 saniyə qalmış geridönüşü reallaşdıraraq “Lənkəran”ı 96:92 hesabı ilə məğlub ediblər. Abşeron Olimpiya İdman Kompleksində “Abşeron” və NTD klubları arasında keçirilmiş seriyanın ilk oyununda yerli komanda 88:74 hesablı qələbəyə sevinib. “Ordu” - “Quba” oyununda isə hərbçilər 91:83 hesablı qələbə qazanıblar. “Sumqayıt” basketbolçuları yerli azarkeşlər önündə "Sərhədçi"yə 97:123 hesabı ilə məğlub olaraq, seriyadakı ümumi hesabda 0:1 geri düşüblər.

Qeyd edək ki, pley-in seriyalarında növbəti oyunlar 13 və 14-də keçiriləcək. Seriyada ən tez iki qələbə qazanmış klublar pley-off'a vəsiqə qazanacaqlar.