Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.
Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer almasıgənc hakimlərimiz üçün də canlı təcrübədir.