Basketbol Liqası: “Şəki” yarımfinala yüksəldi

Basketbol Liqası: “Şəki” yarımfinala yüksəldi

"Şəki" komandası Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qərb təmsilçisi pley-off mərhələsinin həlledici oyununda "Gəncə" üzərində 85:83 hesablı qələbə qazanaraq bu uğura nail olub. Bununla da doğma meydandakı qələbə sayəsində komandalar arasındakı seriya "Şəki"nin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Xatırladaq ki, "Şəki"dən “Sabah” və “Neftçi” klubları da yarımfinala vəsiqəni təmin edib.