Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi həyəcanla davam edir. Azarkeşlər bu gün Bakı İdman Sarayında keçirilən növbəti oyunda “Abşeron” və “Naxçıvan” komandalarının mübarizəsinə şahidlik ediblər.
Gərgin və dramatik anlarla yadda qalan qarşılaşma “Abşeron”un 85:79 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, seriyada komandalar arasında hesab bərabərləşib -1:1.
Bu komandaların ilk oyununda “Naxçıvan” komandası qələbəyə sevinmişdi -88:83.
Yarımfinal mərhələsinə adlayan tərəf sonuncu oyunda müəyyənləşəcək.
Xatırladaq ki, daha əvvəl “Sabah”, “Neftçi” və “Şəki” komandaları yarımfinal mərhələsinə vəsiqəni təmin ediblər.
Basketbol Liqası: “Abşeron” seriyada hesabı bərabərləşdirdi
