Bu gün Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçının adına aydınlıq gələcək.
“Olimpnews.az” xəbər verir ki, pley-off mərhələsinin son oyununda "Abşeron" və "Naxçıvan" komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək.
Komandalar arasında təşkil olunan ilk iki oyunda tərəflər hərəyə bir qələbə qazanıblar. Cütün taleyini həll edəcək axşamkı oyunda qalib gələn komanda yarımfinalda "Neftçi"yə rəqib olacaq.
Digər yarımfinal qarşılaşmasında isə "Sabah" və "Şəki" klubları üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçının adına aydınlıq gələcək
