Goranboyda çoxnovçülük yarışları keçirilib

Goranboyda çoxnovçülük yarışları keçirilib

Goranboyda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Goranboy mərkəzi stadionunda 235 idmançı, 47 məşqçi, 6 hakimin iştirakı ilə keçirilən yarışda Tatarlı kəndinin komandası 569 xalla birinci, Zeyvə kəndinin kollektivi 508 xalla ikinci, Şəfəq kənd orta məktəbinin şagirdləri isə 503 xalla üçüncü olublar.
Qeyd edək ki, yarışın məqsədi bədən tərbiyəsi və idman gününün qeyd olunması, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, çağırış yaşlı gənclərin hərbi xidmətə yola salınmasına hazırlıq və rayonda çoxnövçülük idman növlərinə marağın artırılması olub.