Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək. Gərgin idman mübarizəsinin davamı kimi, basketbol həvəskarları növbəti iki qarşılaşmanın şahidi olacaqlar.
Günün ilk oyunu Şəkidə baş tutacaq. Yerli “Şəki” klubu doğma azarkeşlər qarşısında “Sabah”la üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da başlanacaq. Xatırladaq ki, bu komandaların ilk oyununda "Sabah" qələbəyə sevinmişdi -86:73.
Axşam saatlarında isə “Neftçi” və “Abşeron” komandaları arasında seriyanın ikinci qarşılaşması oynanılacaq. Saat 19:00-da start götürəcək görüşdə qalib tərəf finala bir addım da yaxınlaşacaq. Seriyanın ilk oyununda "Neftçi" rəqib üzərində 97:93 hesablı qələbə qazanmışdı.
Basketbol Liqasında yarımfinalın növbəti oyunları keçiriləcək
