"Neftçi" finalda "Sabah"a rəqib oldu 

"Neftçi" finalda "Sabah"a rəqib oldu 

Azərbaycan Basketbol Liqasında 2024-2025 mövsümünün final mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, “Neftçi” komandası yarımfinal seriyasının ikinci qarşılaşmasında “Abşeron” üzərində 81:72 hesablı qələbə qazanaraq adını finala yazdırıb.
"Neftçi" seriyanın ilk oyununda da üstün olmuşdu -97:93.
Beləliklə, "Neftçi" seriyada 2:0 hesablı qələbə qazanaraq "Sabah"a rəqib olub. 
Xatırladaq ki, "Sabah" komandası "Şəki" üzərində 96:72 hesablı qələbə qazanıb.