Fərid Mansurov: "Beynəlxalq reqata Azərbaycan idmanına, xüsusən də avarçəkmə növünə bir töhfədir"

Fərid Mansurov: "Beynəlxalq reqata Azərbaycan idmanına, xüsusən də avarçəkmə növünə bir töhfədir"

"Sevindirici haldır ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq yarışlar keçirilir". 
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Olimpiya çempionu  Fərid Mansurov qeyd edib. 
MOK rəsmisi yarışın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, turnir yeniyetmə və gənclərin avarçəkmə idman növünə olan marağını artırır. 
"Bu gün qürurverici anlar yaşayırıq. Bildiyiniz kimi, Suqovuşan uzun illər düşmən tərəfindən işğal altında qalmışdı. Cənab prezidentimizin və rəşadətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi.  Beynəlxalq reqata Azərbaycan idmanına, xüsusən də avarçəkmə  növünə bir töhfədir. Yarış yeniyetmə və gənclərin idmana olan marağını artırır. Bu yarışlar həm də şəhidlərimizin ruhunu yaşadır. Fürsətdən istifadə edib, bütün idmançılara uğurlar arzulayıram. İnanıram ki, bu ənənəvi yarış davamlı olaraq keçiriləcək", - deyə Fərid Mansurov bildirib.