Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasında sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Olimpnews.az xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərasimdə qaliblərə mükafatları Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev, Azərbaycan Milli Karate Federasiyasının baş katibi Qabil Sayadov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsolu Rəcəb Öztop, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və digər şəxslər təqdim edib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri üç gün davam edən "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 15 (1 qızıl, 7 gümüş və 7 bürünc) medalla tamamlayıblar.
"Prezident Kuboku-2025": sonuncu yarış gününün qalibləri mükafatlandırıldı


