Basketbol Liqası: Final seriyasında dördüncü oyun

Basketbol Liqası: Final seriyasında dördüncü oyun

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçiriləcək. 
“Olimpnew.az” xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları arasında keçiriləcək final mərhələsinin dördüncü oyununa saat 19:00-da Bakı İdman Sarayında start veriləcək. 
Hazırda seriyada “Sabah”ın 2:1 hesablı üstünlüyü var. Rimas Kurtinaytesin komandası ilk iki oyunda 94:89, 86:77 hesablı qələbələrlə seriyada 2:0 hesabı ilə önə keçsə də, üçüncü qarşılaşmada “Neftçi” 79:76 hesablı qələbə ilə fərqi minimuma endirib. 
Qeyd edək ki, final seriyasının beşinci oyunu mayın 11-nə təsadüf edəcək. Final seriyasında 4 dəfə qalib gələn komanda çempion adına layiq görüləcək.