Azərbaycan çempionatında biabırçı səhnə

Azərbaycan çempionatında biabırçı səhnə

Mayın 4-də AFFA U-15 Qızlar Liqasının 1/4 final mərhələsində keçirilən "Şəfa" - "Ümid" (Gəncə) qarşılaşmasında xoşagəlməz anlar yaşanıb.
"Olimpnews.az" Offsideplus.az-a istinadən xəbər verir ki, matçın 35-ci dəqiqəsi biabırçı hadisələrə səhnə olub.
Öncə “Ümid”in baş məşqçisi Emin Həsənov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
Elə həmin vaxt onun köməkçisi Hürzad İsmayılova və "Şəfa"nın futbolçusu Ebru Əmirova arasında gərginlik yaranıb. Söz davasına çıxan tərəflər bir-birini təhqir etməkdən belə çəkinməyiblər.
Görüşün baş hakimi həm məşqçi, həm də futbolçuya qırmızı vərəqə göstərib.
AFFA İntizam Komitəsinin bugünkü iclasında E.Həsənov 1, H.İsmayılova 5, E.Əmirova isə 4 oyunluq diskvalifikasiya edilib.