Konfrans Liqasında finalçılar müəyyənləşdi

Konfrans Liqasında finalçılar müəyyənləşdi

Futbol üzrə UEFA Konfrans Liqasında final mərhələsinin iştirakçılarının adına aydınlıq gəlib.

"Olimpnews.az" xəbər verir ki, bunlar İspaniyanın "Betis" və İngilərənin "Çelsi" klublarıdır. 

İlk oyunda doğma meydanda İtaliyanın "Fiorentina" klubuna 2:1 hesabı ilə qalib gələn “Betis” səfərdə sərfəli nəticə sayəsində (2:2) finala adlayıb.

İngiltərənin “Çelsi” klubu isə Londonda İsveçin “Yurqorden” komandasına minimal hesabla qalib gəlib -1:0. Bu komandaların İsveçdəki oyununda "zadəganlar" 1:4 hesablı qələbə qazanaraq cütün taleyinə demək olar ki, aydınlıq gətirmişdilər. İki oyunun nəticəsinə əsasən "Çelsi" klubu 5:1 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.

Beləliklə, mayın 28-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq UEFA Konfrans Liqasının finalında "Betis" və "Çelsi" komandaları üz-üzə gələcək. 

Konfrans Liqasında finalçılar müəyyənləşdi