Mayın 11-də Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif dövlət qurumları iştirak edib.
Qadınlar arasında keçirilən yarışın qalibi Gənclər və İdman Nazirliyi olub. İkinci yeri AZAL, üçüncü yeri isə SOCAR komandası tutub. Kişilər arasında isə yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR isə üçüncü yerə layiq görülüb.