Rodriqonu "Real"dan küsdürən SƏBƏBLƏR

Rodriqonu "Real"dan küsdürən SƏBƏBLƏR

“Real Madrid”in braziliyalı hücumçusu Rodriqo bir daha “Kral klubu”nun heyətində meydana çıxmamaq qərarına gəlib.

Olimpnews.az championat.com-a istinadən xəbər verir ki, “sambaçı” yay trasnfer pəncərəsində klubdan ayrılmaq istəyir. Buna səbəb Mbappe və Bellingemin gəlişindən sonra komandada əsas heyətdəki yerinin bir qədər təhlükə altında olmasıdır. Klubun ardıcıl uğursuzluqlarından sonra yaranan gərginlik və şəxsi narazılıqlar bu qərarı daha da tezləşdirib.

24 yaşlı hücumçu ötən həftəsonu “El-Klasiko”da ehtiyat oyunçular skamyasında qalmasından sonra narazılığını ifadə edib

Braziliyalı hücumçu ilə İngiltərənin “Mançester Siti” klubu yaxından maraqlanır. “Şəhərlilər” bu transferə görə qarşı tərəfə 150 milyon avro ödəməyə hazırdır.