Azərbaycan Basketbol Federasiyası FIBA Mid-Term Congress 2025-də

Azərbaycan Basketbol Federasiyası FIBA Mid-Term Congress 2025-də

Bəhreynin Manama şəhərində keçirilən və 160-dan çox milli federasiyanın iştirak etdiyi FIBA Mid-Term Congress 2025 çərçivəsində beynəlxalq basketbol ailəsi növbəti inkişaf mərhələlərini müzakirə edir.

Olimpnews.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə federasiya prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da iştirak edirlər. Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur. Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.